İskonun yerinə Sarabiya gəlir


İdman 03 Yan 2019 13:51:00 519 0

İskonun yerinə Sarabiya gəlir

Sevilla-nın yarımmüdafiəçisi Pablo Sarabiya karyerasını Real-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, “kral klubu” 26 yaşlı futbolçunu heyətə gətirmək niyyətindədir. Sarabiya klubdan ayrılmağa hazırlaşan İskonu əvəzləyə bilər. Madridlilər Luka Modriçi də itirmək ərəfəsindədir. Xorvat İnter-in transfer siyahısında yer alır.

Sarabiyanın Sevillia ilə indiki sözləşməsi 2020-də başa çatır.Yarımmüdafiəçi yeni müqavilə bağlamaq istəmir. Satış qiyməti 18 milyon avro təşkil edir. Klubun heyətində cari mövsümdə 16 oyuna çıxıb. 6 qol vurub, 7 məhsuldar ötürmə edib.