Jurnalistin evi qarət edildi "Uşaqlarımın sənədləri olan çamadanı da aparıblar"


Digərləri 03 Yan 2019 13:45:49 279 0

Jurnalistin evi qarət edildi  "Uşaqlarımın sənədləri olan çamadanı da aparıblar"

Abşeron rayonunda jurnalistin evi qarət olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ev sahibi, "Telegraf.com" saytının əməkdaşı Hacı Zeynalov məlumat verib.

Jurnalist bildirib ki, Abşeron rayonunun Saray qəsəbəsindəki evi qarət edilib: "Dekabrın 21-də ailəmlə birlikdə evdən çıxmışıq. Ayın sonunda evə gələndə məlum oldu ki, naməlum şəxslər pəncərəni sındırıb evə daxil olublar. Hadisə nəticəsində evdən 500 manatdan artıq pul, televizor, məişət əşyaları, mənzilimin və uşaqlarımın sənədləri olan çamadanı aparıblar. Ümumilikdə mənə 1500 manatdan artıq maddi ziyan dəyib".