Türkmənistan prezidenti oğlunu XİN başçısının müavini vəzifəsindən azad etdi


Dünya 03 Yan 2019 13:34:00 234 0

Türkmənistan prezidenti oğlunu XİN başçısının müavini vəzifəsindən azad etdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdar Berdiməhəmmədovu ölkənin xarici işlər nazirinin müavini vəzifəsindən çıxarıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov fərman imzalayıb. 

Prezident digər qərarla oğlunu Axal vilayəti hökumət başçısının müavini təyin edib.

Axal vilayətinin adı əvvəllər Aşqabad olub. Bu, vilayətin mərkəzi əvvəlcə Aşqabad şəhəri idi. Bir müddət sonra ölkə paytaxtı ayrıca inzibati ərazi vahidi elan edilib. Axal vilayətinin mərkəzi hazırda Annau (Buqdaylı) olub.