Azərbaycanda görünməmiş AİLƏ DRAMI:


Digərləri 03 Yan 2019 13:21:00 408 0

Azərbaycanda görünməmiş AİLƏ DRAMI:

Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.

Son.az xəbər verir ki, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, 5 gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarında asaraq intihar edib.

Bildirilir ki, ailədə ciddi problemlər olub, Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır./Publika.az