Azərbaycan Gimnastika Federasiyası bu il bir neçə nüfuzlu yarışa ev sahibliyi edəcək


Digərləri 03 Yan 2019 13:28:49 518 0

Azərbaycan Gimnastika Federasiyası bu il bir neçə nüfuzlu yarışa ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2019-cu ildə gimnastika növləri üzrə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək.

Son.az xəbər verir ki, AGF-dən Trend-ə verilən məlumata görə, cari il federasiya yenidən zəngin iş planı ilə çalışaraq 2019-cu ilə fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start verəcək. Bir ay sonra - martın 14-17-də meydança idman gimnastlarının olacaq. Belə ki, ölkəmizdə dördüncü dəfə idman gimnastikası üzrə dünya kuboku təşkil olunacaq. Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. Aprelin 26-28-də bu növ üzrə dünya kuboku, mayın 17-19-da isə Avropa çempionatı keçiriləcək.

Cari il AGF ilk dəfə olaraq, gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastlardan sonra mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar.

İyulun 20-28-də ölkəmizdə ilk dəfə olaraq, Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında keçiriləcək.