Bayram günlərinin yol qəzaları - STATİSTİKA ürək ağrıtdı


Digərləri 03 Yan 2019 13:26:00 450 0

Bayram günlərinin yol qəzaları - STATİSTİKA ürək ağrıtdı

Bayram günlərində respublikanın yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Samir Əli - Bayram günlərində respublikanın yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu qəzalar nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ilin son günü və Yeni ilin ilk günü (31 dekabr - 1 yanvar) respublikanın avtomobil yollarında 7 yol qəzası olub. Bu qəza zamanı 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb.