"Şahdağ" hotelində ölüm


Digərləri 03 Yan 2019 13:13:00 405 0

"Şahdağ" hotelində ölüm

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də, saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.