"İntim münasibət vaxtı ağlamadın, indi də ağzını bağla"


Digərləri 03 Yan 2019 13:15:00 435 0

"İntim münasibət vaxtı ağlamadın, indi də ağzını bağla"

Balkan ölkələrində ginekoloji müayinə və müdaxilə zamanı psixoloji travma alan qadınlar #metoo-ya (mən də) həştəqli kampaniya başladıblar.

Son.az Sputnik Türkiyəyə istinadla bildirir ki, qadınları cəsarətləndirən şəxs isə xorvatiyalı qadın millət vəkili olub.

Ivana Nincevic-Lesandric adlı vəkil uşağını düşürdükdən sonra başına gələnləri danışıb.

"Əllərimi və qollarımı bağlayıb, abort əməliyyatına başladılar. Az vaxt çəksə belə, bəlkə də, həyatımın ən çətin 30 dəqiqəsiydi", - deyə millət vəkili qeyd edib.

Onun sözlərindən ilhamlanan qadınlar başlarına gələn olaylaları #metoo həştəqi ilə paylaşıblar.