Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü


Digərləri 03 Yan 2019 12:54:00 575 0

Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Bakı. Samir Əli - Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb. Trend-in məlumatına görə, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb. 1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.