Sarri etiraf etdi: "Chelsea-da problemlər var”


İdman 03 Yan 2019 12:48:00 637 0

Sarri etiraf etdi: "Chelsea-da problemlər var”

Chelsea-nın baş məşqçisi Mauriçio Sarri Southampton-la oyunu (0:0) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı zədəli futbolçulardan da danışıb. “Topu özümüzdə saxlaya bilmirdik. Meydanın 80 metrlik ərazisində oyunumuz alınırdı. Qalan 20 metrdə problem yaşayırdıq. Rəqib bu məsafədə bizə şans vermirdi. Qol vəziyyətlərimiz oldu. Yararlana bilmədik. Ələ düşən fürsətlərdən istifadə etmək istəyirsənsə, mütləq ilk qolu vurmalısan. Zədəli futbolçularımız çoxdur. Pedro, Jiru və Xodson-Odoi komandaya kömək edə bilmədi. Matçın 35-ci dəqiqəsində isə Villian sıradan çıxdı. Həkimlərin dediyinə görə zədəsi ciddi deyil. Ehtiyatda hücumçulardan yalnız Loftus-Çik qalmışdı. Lakin zədəsi ona oynamaq imkanı vermir. Çətinliklərimiz var. Chelsea-ya texniki cəhətdən güclü hücumçu lazımdır. Bu sahədə problem ciddidir”,- mütəxəssis deyib.

Mauriçio Sarri: “Çelsea-da problemlər var” Çelsea-nın baş məşqçisi Mauriçio Sarri Sautqempton-la oyunu (0:0) şərh edib. Goal.az xəbər verir ki, çalışdırıcı zədəli futbolçulardan da danışıb. “ Topu özümüzdə saxlaya bilmirdik. Meydanın 80 metrlik ərazisində oyunumuz alınırdı. Qalan 20 metrdə problem yaşayırdıq. Rəqib bu məsafədə bizə şans vermirdi. Qol vəziyyətlərimiz oldu. Yararlana bilmədik. Ələ düşən fürsətlərdən istifadə etmək istəyirsənsə, mütləq ilk qolu vurmalısan. Zədəli futbolçularımız çoxdur. Pedro, Jiru və Xodson-Odoi komandaya kömək edə bilmədi. Matçın 35-ci dəqiqəsində isə Villian sıradan çıxdı. Həkimlərin dediyinə görə zədəsi ciddi deyil. Ehtiyatda hücumçulardan yalnız Loftus-Çik qalmışdı. Lakin zədəsi ona oynamaq imkanı vermir. Çətinliklərimiz var. Çelsea-ya texniki cəhətdən güclü hücumçu lazımdır. Bu sahədə problem ciddidir”,- mütəxəssis deyib.