Gürcüstanda qripdən daha bir nəfər ölüb


Dünya 03 Yan 2019 12:39:00 206 0

Gürcüstanda qripdən daha bir nəfər ölüb

Gürcüstanın Qori şəhərində 39 yaşlı qadın qrip virusundan ölüb.

Son.az report-a istinadən xəbər verir ki, pasiyenti dünən gecə saatlarında qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.

İlkin məlumatlara əsasən, qadının ölümünə səbəb virusun ağır forması səbəb olub. Ölümün "donuz qripi"ndən baş verib-verməməsi ekspertiza ilə müəyyən olunacaq.