Bacısını telefonla danışdığına görə öldürdü


Digərləri 03 Yan 2019 12:24:00 508 0

Bacısını telefonla danışdığına görə öldürdü

Cəlilabad rayon sakini bacısını qətlə yetirib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib. 

İlkin məlumatlara görə, A.Cəfərovanın həyat yoldaşı həbsdə olduğu üçün atasıgildə qalırmış. O, telefonla danışarkən qardaşı ondan kiminlə danışdığını soruşub. Bu zaman A.Cəfərova telefonu söndürərək kimlə danışdığını gizlədib. Daha sonra qardaş-bacı arasında mübahisə yaranıb. Mübahisə zəmnində H.Sadıqov bacısı A.Cəfərova bıçaqlayaraq qətlə yetirib.