Əfsanəvi Mixael Şumaxer – 50


Digərləri 03 Yan 2019 11:39:27 458 0

Əfsanəvi Mixael Şumaxer – 50

Bu gün Formula 1 avtomobil yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 50 yaşı tamam olur.

Bakı. Bu gün Formula 1 avtomobil yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 50 yaşı tamam olur. Trend-in məlumatına görə, Şumaxer Almaniyanın Hürt-Hermülhaym qəsəbəsində dünyaya göz açıb. Anası Elizabet məktəbdə işləyib, atası Rolf isə bənna olub. Məhz atası kiçik Şumaxerdə avtomobilə həvəs oyadıb. 1983-cü ildə M.Şumaxer lisenziya əldə edərək Almaniya kartinq çempionatlarında çıxış etməyə başlayıb. Nəticə tez əldə olunub - o, gənclər arasında ölkə çempionu, Avropa çempionu və dünya çempionatında ikinci yeri tutub. Məktəbi bitirən gənc idmançı mexanik işləməyə başlasa da, yarışları unutmur. 1988-ci ildə 10 yarışdan 9-da qalib gələrək "Formula König" çempionu olur. Növbəti il isə Formula 3-də üçüncü, 1990-cı ildə birinci olur və "Mercedes" komandasına qoşulur. M.Şumaxerin Formula 1-də debütü maraqlı olub. Belə ki, "Cordan"ın pilotu Bertran Qaşo taksi sürücüsü ilə davaya görə həbsə atılır, vakant yerə isə Şumaxer dəvət olunur. Təsnifatda alman pilot zəif maşınla yaxşı nəticə göstərir - 7-ci yer. Növbəti il isə onu "Benneton"a dəvət edirlər. Yeni komandada ilk yürüşündə Şumaxer tərəfdaşı, 3 qat dünya çempionu Nelson Pikeni qabaqlayaraq 5-ci olur. O, 1992-ci il mövsümünü yalnız "Uilyams"ın pilotlarından geri qalaraq 3-cü yerdə tamamlayır.