"Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb" Nazirlik


Digərləri 03 Yan 2019 10:57:00 563 0

"Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb"  Nazirlik

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib.

Qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: "Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub".