Azərbaycanlını qarət edən 4 türk ələ keçdi


Kriminal 03 Yan 2019 10:50:00 460 0

Azərbaycanlını qarət edən 4 türk ələ keçdi

Yunanıstana keçmək üçün Türkiyənin İspala sərhəd-keçid məntəqəsində növbə gözləyən azərbaycanlı TIR sürücüsü E.N. qarət edilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, dörd nəfər TIR-ın sürücü kabinəsinə hücum edib. 

Hücum zamanı oğrular azərbaycanlıya silahla hədə-qorxu gələrək, üzərindəki pulu və mobil telefonu götürüblər.