Azərbaycanlı qadınları Türkiyədə satan şəxsin istintaqı yekunlaşdı


Kriminal 03 Yan 2019 10:36:00 1147 0

Azərbaycanlı qadınları Türkiyədə satan şəxsin istintaqı yekunlaşdı

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Son.az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 8 zərərçəkmiş qadın var.