Ata zorlanıb intihar edən qızının qisasını aldı FOTO


Digərləri 03 Yan 2019 09:42:00 466 0

Ata zorlanıb intihar edən qızının qisasını aldı  FOTO

Təcavüzə məruz qalandan sonra intihar etmiş 15 yaşlı qızın atası qisasını alıb. Qıza təcavüz etmiş pedofil həbsxanadan azadlığa çıxandan bir qədər sonra muzdlu qatillər tərəfindən güllələnib.

Son.az ANSA-ya istinadən bildirir ki, olay İtaliyanın cənubundakı Frasso Telezino şəhərində yaşanıb. 45 yaşlı Cüzeppe Matarasso yetkinlik yaşına çatmamış iki qızı zorladığına görə 11 il müddətinə həbs olunmuşdu.

Həmin qurbanlardan biri, 15 yaşlı qız təcavüzdən üç həftə sonra, 2008-ci ildə intihar etmişdi.

Polisdən verilən məlumata görə, C.Matarasso iki muzdlu qatil tərəfindən qətlə yetirilib. Ona 5 dəfə atəş açılıb. Hadisə yerində 2 "Magnum" tapançası tapılıb.


Xəbərə aid fotolar