Bu gün bəzi yerlərdə yağış yağacaq


Digərləri 03 Yan 2019 09:22:00 252 0

Bu gün bəzi yerlərdə yağış yağacaq

Yanvarın 3-də bəzi yerlərdə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti təşkil edəcək.