"Boko haram"ın 200dən çox yaraqlısı məhv edilib


Dünya 03 Yan 2019 08:21:00 209 0

"Boko haram"ın 200dən çox yaraqlısı məhv edilib

Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal "Boko haram" qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə günü axşam Afrika dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ordu ekstremistlərin ölkənin cənub-şərqində, Çad gölündə yerləşən adalardakı mövqelərinə hücum təşkil edib. İrimiqyaslı əməliyyat 2018-ci il dekabrın 28-də başlayıb. Terrorçulara əsas zərbə Komaduqu çayı vadisində, həmçinin Çad gölündəki adalarda endirilib.