ABŞ Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaldacaq


Dünya 03 Yan 2019 08:25:00 458 0

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaldacaq

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaltmağı planlaşdırır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Military.com" nəşri məlumat yayıb.

"Yanvarın 2-də ABŞ-ın hərbi məmurları əvvəlki kimi həvəssiz şəkildə qoşunların Əfqanıstandan çıxarılması planını müzakirə etdilər, lakin strategiya ilə tanış olan mənbə "Military.com"a bildirib ki, (NATO-nun Əfqanıstanakı missiyasının komandanı general Ostin Skott) Miller növbəti 8-12 ay ərzində təqribən 14 min Amerika əsgərindən 7 minini ölkədən çıxarmağı planlaşdırır", - deyə mətdə bildirilir.