ANAMA ötən ilin yekunları üzrə hesabat yayıb FOTO


Digərləri 03 Yan 2019 08:08:00 254 0

ANAMA ötən ilin yekunları üzrə hesabat yayıb  FOTO

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ötən ilin yekunları üzrə hesabat yayıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, 2018-ci il ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, İsmayıllı, Lənkəran, Masallı, Naftalan, Qaradağ, Qax, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 45,492,690 m² (4 549.27 ha) ərazi yoxlanılıb, 11,743 ədəd partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada əleyhinə və 17 ədəd tank əleyhinə mina (cəmi 11,789 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənmiş, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.


Xəbərə aid fotolar