Hacıqabulda yol qəzasında bir nəfər ölüb, biri yaralanıb


Digərləri 03 Yan 2019 07:25:00 442 0

Hacıqabulda yol qəzasında bir nəfər ölüb, biri yaralanıb

Hacıqabul şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Son.az Report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin dumanlı havada yol kənarındakı beton maneəyə çırpılması nəticəsində iki nəfər - 1993-cü il təvəllüdlü Həsənov Vasif Şahin oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Tahir Mirzəmməd oğlu ağır xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına aparılarkən, V.Həsənov yolda ölüb. Digər şəxs isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.