İnterpolun axtardığı terrorçular Türkiyədə ələ keçdi


Dünya 03 Yan 2019 07:05:00 361 0

İnterpolun axtardığı terrorçular Türkiyədə ələ keçdi

Türkiyədə İŞİD-ə qarşı təşkil olunmuş əməliyyatda aralarında Fransa tərəfindən qırmızı və mavi bülletenlə axtarışa verilmiş iki qadın da olmaqla, 12 nəfər tutulub.

Son.az oxu.az-a istinadən bildirir ki, şübhəlilərdən birinin İŞİD komandanının cangüdəni olduğu irəli sürülüb.

Bursa Polis Şöbəsi Türrorla Mübarizə Müdirliyi şübhəlilərdən bəzilərinin Suriyada İŞİD-in tərkibində fəaliyyət göstərdikdən sonra Bursada yerləşdiyini müəyyənləşdirib. Ünvanlar dəqiqləşdirildikdən sonra bir neçə yerə eyni vaxtda basqın təşkil edilib. Ümumilikdə, 12 ünvandan 12 şübhəli tutulub. Onlardan üçü qadındır.