2018ci ilin ən çox satılan kitabları FOTO


Digərləri 02 Yan 2019 23:40:00 466 0

2018ci ilin ən çox satılan kitabları  FOTO

"Amazon" 2018-ci ildə  "Amazon.com", "Audible.com" və "Amazon Books" mağazalarında ən çox satılan  elektron və səsli bədii kitabların reytinqini dərc edib.

Son.az oxu.az-a istinadən bildirir ki, amerikalı fantast yazıçı və ssenarist Ernerst Klaynın 2011-ci ildə nəşr olunan "Birinci oyunçu hazırlaş" (Ready Player One) kitabı siyahıya başçılıq edir.

Siyahını və kitabların annotasiyalarını təqdim edirik.

1. "Birinci oyunçu hazırlaş!" (Ready Player One)   - Ernest Klayn

Romanda hadisələr uzaq 2045-ci ildə cərəyan edir. Dünya xaosa bürünüb, sivilizasiya süqut astanasındadır. İnsanlar xilasolma yolunu yalnız OASİS oyununda - ümumdünya virtual reallığında görür. Onun yaradıcısı dahi və eksentrik Ceyms Hollidey ölümündən əvvəl unikal vəsiyyət qoyur. Onun bütün varidatı rəqəmsal "pasxa yumurtasını" tapacaq geymerə nəsib olacaq. Milyarder "yumurtanı" OASİS-in əlçatmaz nöqtəsində gizlədib...

2.  "Hər yer od içində"- (Little Fires Everywhere) -  Selesta İnq

Klivlend ştatının Şeyker Hayts qəsəbəsində hər şey ideal şəkildə planlşdırıb: şüşə kimi asfalt yolları, rəngləri ilə harmonik atmosfer yaradan evləri və hər sahədə bir addım öndə olan uğurlu sakinləri var.  Mükəmməl şəhər tipli qəsəbəyə baş qəhrəman - rəssam və tənha ana Enter Mia Uorren yeniyetmə qızı Pörllə köçür. Sirli keçmişi olan  Enter və qızının "ipə-sapa yatmayan" davranışları və həyat tərzi  qəsəbənin ideal düzənini təhlükəyə salır...

3. "Pəncərədən güdən qadın" (The Woman in the Window) - A. J. Finn


Xəbərə aid fotolar