Uşağınıza həftədə cəmi 1 dəfə balıq yedirin


Digərləri 02 Yan 2019 22:40:00 285 0

Uşağınıza həftədə cəmi 1 dəfə balıq yedirin

Alim və diyetoloqlar uşaqların qida rasionuna balığın daxil edilməsini məsləhət görürlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlar nəticəsində ən azı həftədə bir dəfə balıq yeyən uşaqların daha yüksək intellekt əmsalına malik olduğu müəyyən edilib. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 48 bal yüksəkdir. Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanırlar. Həmin uşaqları yatızdırmaq da asan olur. Həftədə ən azı bir dəfə balıq yemək intellekt əmsalına 1,6 bal gətirirsə, ayda iki dəfə balıq yemək həmin göstəriciyə 3,31 bal əlavə edir.