3 gün sonra ilin ilk NADİR HADİSƏSİ OLACAQ


Digərləri 02 Yan 2019 22:47:00 347 0

3 gün sonra ilin ilk NADİR HADİSƏSİ OLACAQ

2019-cu ilin Günəş və Ay tutulmalarının vaxtı açıqlanıb.

Son.az xəbər verir ki, bu il üç Günəş, iki Ay tutulması baş verəcək.

İl ərzində 8 dəfə meteor yağışı müşahidə ediləcək. İlin ilk Günəş tutulması yanvarın 5-6-da baş verəcək. Bu tam Günəş tutulması olmayacaq. Tutulma 23:34-də başlayacaq 03:48-dək davam edəcək. Günəşin 71 faizi örtüləcək. Bu hadisə Asiya qitəsinin şimal-şərqi və Alyaskada daha çox müşahidə ediləcək.

İlin ən mühüm göy hadisəsi 21 yanvarda olacaq. Bu zaman tam Ay tutulması müşahidə ediləcək. Tutulma 03:33-dən 06:50-dək davam edəcək. İlin ən mühüm tutulma hadisəsi əsasən Şimal və Cənubi Amerikada izləniləcək.

İlin ikinci Günəş tutulması iyulun 2-də müşahidə ediləcək. Bu zaman tam Günəş tutulmasə müşahidə ediləcək. Hadisə 18:01-dən 20:44-dək davam edəcək.