Dünyanın ən bahalı südü


Digərləri 02 Yan 2019 22:35:00 561 0

Dünyanın ən bahalı südü

Arı südü dünyanın ən bahalı südü hesab edilir.

Kiloqramı təxminən 4-7 min manata satılan arı südünün istehsal rəqəmləri də o qədər yüksək deyil.

Son.az-ın sputnik Azərbaycana istinadən xəbərinə görə, Türkiyədə hər il cəmi 50 kiloya yaxın arı südü istehsal olunur. Xərçəng və bu kimi bir sıra dəhşətli xəstəliklərin müalicəsi üçün arı südü tövsiyə edilir.

Arı südü ən güclü bioloji stimulyator sayılır - orqanizmi möhkəmləndirir, tonusunu artırır, xəstəliklərlə mübarizə etməyə yardım edir.

Bundan əlavə arı südü ən güclü təbii antibiotiklərdən biri sayılır, stafilokokk, streptokokk və vərəm çöpünə öldürücü təsir edir.

Arı südü kişilərdə cinsi zəifliyini və sonsuzluğu müalicə etmək üçün istifadə olunur.