Cinsi istəyi artıran, əhvalı yaxşılaşdıran adi məhsul


Digərləri 02 Yan 2019 21:40:00 557 0

Cinsi istəyi artıran, əhvalı yaxşılaşdıran adi məhsul

Dünyada milyonlarla insan cinsi meyli artırmaq üçün farmasevtik preparatlardan istifadə edir.

Lakin bəzi qida məhsulları var ki, onlar da bu işin öhdəsindən uğurla gəlir.

Statistika göstərir ki, dünyada qadınların 50% libidonun (cinsi meyl, cinsi istək) xroniki olaraq azalmasından əziyyət çəkir. Kişilər arasında bu daha az rast gəlinən problem olsa da, müasir həyatın ritmi, xroniki stress kişilərdə də libidonun azalmasına səbəb olur.

Belə vəziyyətdə dərhal dərman preparatlarına üz tutmayın, qidalanmanızda və həyatınızda müəyyən dəişikliklər etməyə çalışın.

Belə ki, mütəxəssislər libidonun azalması ilə üzləşmiş insana kifayət qədər yatmağı, idmanla məşğul olmağı, təbii qidalara üstünlük verməyi tövsiyə edirlər.

Tünd şokolad beyində dofaminin ifrazını stimullaşdırır. Neyromediator dofamin əhvalı yaxşılaşdırır, stress hormonların səviyyəsini azaldır.