Zob xəstələri bunları yeməməlidir


Digərləri 02 Yan 2019 21:30:00 632 0

Zob xəstələri bunları yeməməlidir

Zob xəstəliyi Azərbaycanda yayılmış xəstəliklərdən biridir.

Bunun səbəbi ölkəmizin bəzi bölgələrində yodun çatışmazlığıdır.

Qalxanabənzər vəz orqanizmdə çox vacib rol oynayır, bir çox proseslərə təsir edir. Vəzin normal fəaliyyəti üçün yod lazımdır. Yodun əskikliyi zamanı qalxanabənzər vəz böyüməyə başlayır. Böyümüş vəz xalq arasında "zob" adlanır. Elmdə bu pozulmanın adı "hipotireoz"dur. 

Zob xəstəliyi zamanı həkim xəstəyə müəyyən dərmanları təyin edir. Dərmanlardan əlavə qidalanmada bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, hipotireoz xəstələri ödemlərə (şişkinlik) meylli olurlar ki, bu səbəbdən onlara çoxlu maye içmək olmaz (1,5 l qədər). Kran suyunun  tərkibində olan xlor yodun mənimsənilməsini pozur. Bu səbəbdən krandan su içmək olmaz, içdikdən əvvəl suyu mütləq filtrdən keçirmək və qaynatmaq lazımdır.    

Həmçinin zob xəstələri üçün bəzi qida məhsullarının qəbulu arzuolunmaz sayılır. Sizə bu məhsulların siyahısını təqdim edirik:

- Paxlalı bitkilər  (noxud, mərci, lobya, soya).

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu məhsulların tərkibində olan "izoflavon" maddələri qalxanabənzər vəzinin hormonlarının ifrazını azaldır.

- Kələmin bütün növləri, ağ və qırmızı turp.

Bu tərəvəzlərin tərkibində olan "izotiosianat" maddələri vəzin funksiyasını azaldır.