Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin siyahısını birbirinə təqdim ediblər


Dünya 02 Yan 2019 21:03:00 240 0

Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin siyahısını birbirinə təqdim ediblər

Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin və qurğularının siyahısını diplomatik yolla bir-birinə təqdim ediblər. Siyahıların qarşılıqlı şəkildə təqdim edilməsi nüvə obyektlərinə hücumun qadağan olunmasına dair müqaviləyə əsasən reallaşdırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu siyahılar ilk dəfə 1992-ci il yanvarın 1-də tərəflərə təqdim olunub. Bu prosedur artıq 28-ci dəfədir həyata keçirilir.