Gürcülər Yeni ildə süfrəyə ən çox milli xörəklər düzürlər


Dünya 02 Yan 2019 19:44:00 271 0

Gürcülər Yeni ildə süfrəyə ən çox milli xörəklər düzürlər

Yeni il bayramını hər xalq öz ənənəsinə uyğun qeyd edir. Süfrələrə milli xörək və şirniyyatlar düzürlər.

Gürcüstanda da Yeni ilin ruzili, bərəkətli olması üçün masaya ilk növbədə milli xörəklər düzülür və yalnız bu ölkədə hər bir evdə süni yolla hazırlanan rəmzi, sarı rəngli çeçilaki ("sarı yolka") qoyulur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bayram günlərində Tbilisi şəhərinin park və meydanlarında yolkalar bəzədilib. Bu il ən böyük yolka ağacı ilk dəfə Tbilisinin mərkəzi Respublika meydanında quraşdırılıb.

Bəzi parklarda yolkaları uşaqlar bəzəyirlər. Şaxta babalar yollarda, şəhərin küçə və prospektlərində insanlara Yeni il hədiyyələri, şirniyyat paylayırlar. Əsas küçə və meydanlarda satış yarmarkaları açılır. Süfrələrə isə əsl gürcü milli mətbəxinin nümunəsi sayılan yeməklər düzülür. Məsələn, Yeni ildə süfrəyə hökmən gürcülərin milli xörəyi olan Saçivi qoyulmalıdır. Saçivi toyuq və ya hind toyuğundan hazırlanır, yeməyə qoz-fındıq ləpəsi qatılır. Bununla yanaşı, çuçxela da olmalıdır. Bu da qoz ləpəsi, üzüm şirəsi və undan hazırlanmış xüsusi şirniyyatdır.


Xəbərə aid fotolar