Nəvaz Şərif məhkəmənin qərarından apellyasiya şikayəti verib


Dünya 02 Yan 2019 19:34:00 329 0

Nəvaz Şərif məhkəmənin qərarından apellyasiya şikayəti verib

Pakistan məhkəməsi ötən il dekabrın sonunda ölkənin sabiq baş naziri Nəvaz Şərifə yeddi il həbs cəzası verdikdən və 2,5 milyon dollar cərimə kəsdikdən sonra o, apellyasiya şikayəti verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Antikorrupsiya Məhkəməsi Nəvaz Şərifi korrupsiya və çirkli pulların yuyulması ilə bağlı cinayət işinə görə təqsirkar bilib. Məhkəmə Nəvaz Şərifin cəzasını çəkdikdən sonra 10 il yüksək vəzifə tuta bilməməsi ilə bağlı da qərar qəbul edib.

Xatırladırıq ki, 2017-ci ilin iyul ayında Pakistanın Ali məhkəməsi Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb.