Dünyanın ən tüklü adamı: “Özümlə qürur duyuram”


Digərləri 02 Yan 2019 19:14:00 357 0

Dünyanın ən tüklü adamı:  “Özümlə qürur duyuram”

Üzü də tüklü olan və bədəninin 98 faizi tüklü olan Larri Qomez çox nadir genetik xəstəlikdən əziyyət çəkir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Qomez əvvəllər bundan çox narahat olduğunu və çox pis günlər keçirdiyini qeyd edib. Amma artıq bu vəziyyətdən narahat deyil və hətta özü ilə qürur duyur.

Dünyanın ən tüklü adamı olan Larri "hipertrikoz" xəstəliyindən əziyyət çəkir. Onun başına çıxmalı olan tük üzünə çıxır. Bədəninin hər yerindəki tüklər anormal miqdarda uzanır. Qomez qeyd edir ki, həyatı boyu tüklü olduğu üçün insanlar tərəfindən təcrid edilib, lağ və həqarətə məruz qalıb. İndi isə "dünyanın ən tüklü adamı" olmaqdan qürur duyur.


Xəbərə aid fotolar