Türkiyədə biznes qursanız, sizə hansı güzəştlər ediləcək


Digərləri 02 Yan 2019 17:14:00 433 0

Türkiyədə biznes qursanız, sizə hansı güzəştlər ediləcək

Yəqin ki,bir çoxlarına qardaş Türkiyədə biznes qurmaq, vergi inzibatçılığı, vergi sisteminin üstünlükləri maraqlıdır.İqtisadçı ekspert Rauf Qarayev Türkiyənin vergi sistemi və sahibkarlıq fəliyyətinin üstün imkanları barədə fikirlərini bölüşərək bildib ki, " Türkiyədə müəssisələrin mənfəətindən tutulan vergi regionda ən əlverişli vergi hesab olunur. 

Son.az Fins.az-a istinadən xarici ölkələrin vergi sistemi və sahibkarlara tətbiq etdiyi vergi güzəştləri eyni zamanda sözügedən xarici ölkədə biznes perspektivinə dair araşdırmanı təqdim edir. 

Bu vergi növü ilə bağlı qanun qəbul ediləndən sonra vergi sistemi özünün şəffaflığı, obyektivliyi və beynəlxalq standartlara cavab verməsi ilə xeyli fərqli bir anlam daşımağa başlayıb. Türkiyənin vergi qanunvericiliyini üç əsas kateqoriya üzrə təsnifləşdirmək olar:

Gəlir vergisi Türkiyə qanunvericiliyi iki əsas gəlir vergisi növünü nəzərdə tutur: fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan vergi. Fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan verginin müxtəlif qanunlarla tənzimlənməsinə baxmayaraq, fərdi gəlir vergisi ilə bağlı bir çox qaydalar və müddəalar müəssisələrə də tətbiq oluna bilər, xüsusilə də gəlirlərin və təmiz gəlirlərin müəyyən edilməsi ilə bağlı hissələr.

Misal üçün siz Türkiyədə ayaqqabı dükanı açmaq istəyirsinizsə bunun üçün çoxlu ayaqqabı satan az rəqabətli olan mağaza tapmalısınız. Tapdıqdan sonra yerli bələdiyyədən lisenziya almalısınız. Çox sadə üsuldur. 31.12.2023-cü ilə kimi bütün vergilərdən azaddır. Yəni biznes quran şəxs vergi vermir. Yalnız öz biznesin qurmaqla şərait yaradılır.