Avtomobil mikroavtobusa çırpıldı,


Digərləri 02 Yan 2019 15:54:00 214 0

Avtomobil mikroavtobusa çırpıldı,

Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb. 

Son.az Report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atrbilq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mersedes" markalı avtomobil hərəkətdə olarkən arxadan mikroavtobusa çırpılıb. Nəticədə avtomobildə olan orta yaşlı qadın ağır xəsarət alıb. 

Yaralı Şirvan Şəhər Xəstəxanasınının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son.az