2018ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib


Digərləri 02 Yan 2019 15:50:00 207 0

2018ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib

2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

Son.az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 165 mindən çox uşaq birinci sinfə gedib

Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.

Ötən il 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş, 20 bürünc olmaqla ümumilikdə 29 medal qazanıb.

47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib