Ötən il 6000dən artıq müəllim işə qəbul olunub


Digərləri 02 Yan 2019 15:30:00 239 0

Ötən il 6000dən artıq müəllim işə qəbul olunub

Təhsil Nazirliyi 2018-ci ildə görülən işlərlə bağlı hesabat açıqlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hesabata əsasən, ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib.

Qeyd olunub ki, bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

2018-2019-cu tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.

Hesabatda bildirilib ki, 2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. Ötən il Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib. 2018-ci ildə 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.