ABŞın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb


Dünya 02 Yan 2019 15:10:00 486 0

ABŞın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb

Smitson İnstitutu kompleksinə aid olan ABŞ-ın əsas muzeyləri, həmçinin Vaşinqton Milli Zooparkı maliyyə səbəbindən bağlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, federal hökumətin işinin qismən dayandırılması ilə bağlıdır.

Söhbət əksəriyyəti Vaşinqton və Nyu-York şəhərlərində yerləşən, umumilikdə, 19 muzeydən gedir. Onların sırasında Milli Aviasiya və Kosmonavtika Muzeyi, Milli Amerika Tarixi Muzeyi və dünya sənətinin şah əsərləri toplanmış Milli Rəssamlıq Qalereyası yer alıb.