Suriyada radikal qruplaşmalar birbirilə qızğın döyüşə giriblər


Dünya 02 Yan 2019 14:57:00 458 0

Suriyada radikal qruplaşmalar birbirilə qızğın döyüşə giriblər

“Heyət Təhrir Şam” Hələbin qərbində tanklar və zirehli texnikalardan istifadə edərək, digər birləşmələrin nəzarətindəki Dar-İzza rayonuna hücum edib

Suriyanın İdlib əyalətində, eləcə də Hələb əyalətinin qərb hissəsində "Ən-Nusra Cəbhəsi" (digər adı Heyət Təhrir-Şam) "Nuriddin Zinki" qruplaşmasının nəzarətindəki bölgələrə hücum edib.

Son.az salamnews-a istinadən xəbər verir ki, "Heyət Təhrir Şam" Hələbin qərbində tanklar və zirehli texnikalardan istifadə edərək, digər birləşmələrin nəzarətindəki Dar-İzza rayonuna hücum edib.

Məlumata görə, əl-Qaidənin sabiq qanadı hesab edilən "Heyət Təhrir-Şam" bu bölgədə 3 kəndi digər qruplaşmalardan geri alıb.