Rusiyadakı partlayış nəticəsində ölənlərin sayı 11ə çatıb


Dünya 02 Yan 2019 10:14:00 270 0

Rusiyadakı partlayış nəticəsində ölənlərin sayı 11ə çatıb

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altından ümumilikdə 6 meyit çıxardıblar. Onlardan biri uşaqdır.

Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin əməkdaşı bildirib ki, 30 nəfərin taleyi hələ də naməlumdur. Hazırda onların yeri müəyyənləşdirilir.