Səudiyyə Ərəbistanı öldürülən jurnalistlə bağlı epizodu verilişdən sildirdi


Dünya 02 Yan 2019 09:57:52 268 0

Səudiyyə Ərəbistanı öldürülən jurnalistlə bağlı epizodu verilişdən sildirdi

Dünyanın ən məşhur şirkətlərindən olan "Netflix"in çəkdiyi verilişlərin birindən Səudiyyə Ərəbistanı ilə bağlı seriya saytdan çıxarılıb.

Son.az bildirir ki, bu barədə məlumatı "Financial Times" yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Rabitə və İnformasiya Texnologiyaları Komissiyası "Patriotic Act"dakı bəzi ifadələrlə bağlı "Netflix"ə müraciət edib. Müraciətdən sonra Hasan Minhajın səsləndirdiyi fikirlər silinib.