Meksika şəhər meri vəzifəsinin icrasına başlayandan saat yarım sonra öldürülüb


Dünya 02 Yan 2019 08:36:00 558 0

Meksika şəhər meri vəzifəsinin icrasına başlayandan saat yarım sonra öldürülüb

Meksika şəhər meri vəzifəsinin icrasına başlayandan saat yarım sonra sui-qəsdin qurbanı olub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin cənubundakı Oahaka ştatının Tlahiako bələdiyyəsinin sədri Alexandro Aparisio vəzifəsinin icrasına başlayandan saat yarım sonra öldürülüb.

Oahakanın qubernatoru Alexandro Murat "Twitter" social şəbəkəsində bildirib ki, Tlahiako bələdiyyəsinin sədrinə qarşı hücumu kəskin şəkildə pisləyir. O, baş prokurordan hadisə ilə bağlı dəqiq araşdırma aparmağı və qatilin yaxalanması barədə məlumatlandırılmasını tələb edib.