Avropada bronxitin müalicəsi görənləri heyrətləndirdi VİDEO


Digərləri 02 Yan 2019 05:30:00 489 0

Avropada bronxitin müalicəsi görənləri heyrətləndirdi  VİDEO

Bronxit bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır.

Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.

Son.az oxu.az-a istinadən bildirir ki, Azərbaycanda bu xəstəliyi müalicə etmək üçün bronxların yuyulmasından istifadə edilir.

Bu prosesdən sonra bronx xəstəliyinin yenidən yaranma ehtimalı olur. Ancaq Avropada bronx xəstəliyinin müalicəsi masaj üsulu ilə həyata keçirilir və bu xəstəliyin uşaqda yenidən aşkarlanması qeydə alınmır.