Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş


Digərləri 01 Yan 2019 23:25:00 233 0

Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş

Ağşəmsəddin 1390-cı ildə Dəməşqdə dünyaya gəlib. Tam adı Məmməd Şəmsəddin bin Həmzədir. Saçının və saqqalının ağ olması və ağ paltarlar geyinməsinə görə "Ağ Şeyx" və ya "Ağşəmsəddin" adları ilə məşhur olub. Ata tərəfindən birinci xəlifə Əbu Bəkrin soyundan olan Ağşəmsəddin ilk təhsilini atasından alıb. 7 yaşındaykən Quran hafizi olub və ailəsiylə birlikdə Türkiyənin indiki Amasiya vilayətinin Çorum-Osmancık qəzasının Sarpın qovaq kəndinə köçüb. Atasının vəfatından sonra Amasiya və Osmancık mədrəsələrində təhsilini tamamlayan Ağşəmsəddin müdərrislik titulu alıb və Osmancık mədrəsəsində dərs deməyə başlayıb. Ağşəmsəddin həmçinin təbabətə və əczaçılığa həvəskar olduğu üçün tibb elmini öyrənib.

Qərbi Qərb edən İslam alimləri

Son.az faktxeber.com-a istinadən bildirir ki, öz təhsili ilə qane olmayan Ağşəmsəddin irfan təhsili üçün müdərrisliyi və mədrəsəni tərk edir. Sufiliyə olan marağına görə, Ağşəmsəddin əvvəlcə İrana səfər edir, amma ümid etdiyini tapmadığı üçün yenidən Anadoluya dönmək məcburiyyətində qalır. Anadoluda isə Ağşəmsəddinə Ankarada yerləşən Hacı Bayram Vəlini tövsiyə edirlər və belə deyirdilər:

"Əldə etdiyin bu zahiri elmini məna elmilə, biliyini eşqlə, ağıl vergisini ürək və könül vergisi ilə tamamlamağın lazımdır. Bu da təkbaşına mümkün deyil. Sənə ustad lazımdır. Ankarada Hacı Bayram Vəli ilə tanış ol, o səni tamamlasın. Siz bu dünyaya lazım olan insansınız."

Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi?

Qısa müddət sufiliyin bütün yollarını və incəliklərini öyrənən Ağşəmsəddin Hacı Bayram Vəlidən icazə alaraq Ankaradan ayrılır və Bəybazarına köçür. Bəybazarında məşhurlaşan Ağşəmsəddin qısa müddət sonra oradan da ayrılır və İskilipə köçür. İskilipdən isə Bolu vilayətinin Göynük rayonuna yerləşir. Göynükdə məscid inşa etdirir, öz uşaqlarının təhsil və tərbiyəsi ilə məşğul olur, indiyə qədər gəlib çatan əsərlərini yazır. On övlad yetişdirir.

İstanbulun fəthi

Ağşəmsəddinin əsl şöhrəti Sultan II Muradın əmr və istəyi ilə II Mehmetin müəllimliyinə təyin edilməsi ilə başlayır. Ağşəmsəddin II Mehmete məsləhət verərək İstanbulun fəthinə kömək edir. Ağşəmsəddin uşaqları, tələbələri və müridləri ilə birlikdə fəth ordusuna qatılır.

II Mehmet Ağşəmsəddin ilə İstanbula girdikdə şəhər xalqı tərəfindən qarşılanır, şəhər xalqı Ağşəmsəddini II Mehmet zənn edib ona güllər uzadırlar. Ağşəmsəddin isə, "Padşah mən deyiləm", - deyərək yanındakı II Fatih Sultan Mehmeti göstəririr. II Mehmer isə, "Padşah mənəm, lakin, o mənim müəllimimdir. Güllər ona layiqdir", - deyə təbəssüm edir.

II Mehmet İstanbulun fəthindən sonra Müqəddəs Sofiya məbədində xütbə edir, sonra minbərdən enərək Ağşəmsəddinin imaməti ilə fəthin ilk cümə namazını qıldırır.