Əqiqə qurbanlığı nədir və onun hökmləri necədir?


Digərləri 01 Yan 2019 23:10:00 331 0

Əqiqə qurbanlığı nədir və onun hökmləri necədir?

Qurban kəsmək, ehsanlar etmək, sədəqə vermək İslam dininin insanlar arasında xoş münasibətlərə və yaxınlığa xidmət edən ayinlərindəndir ki, bunları etmək insanın malına bərəkət gətirir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, əqiqə qurbanı müstəhəb qubanlardan hesab olunur ki, adətən yeni doğulmuş körpələr üçün kəsilir. Müstəhəbdir ki, əqiqə körpənin 7-ci günündə kəsilsin. Əqiqə ya qoyun, ya da ki, qurbanlığ kimi kəsilməyə icazəsi olan digər heyvanlardan olsun. Məsələn-dəvə, inək, keçi qismindən olan heyvanlar kimi. Pulunu harasa ödəmək kifayət etmir, əqiqə qurbanı sayılmır.

Müstəhəbdir ki, kəsilən qurban hər uşağın cinsinə uyğun olsun. Olmasa da eybi yoxdur. Həm də əqiqə qurbanına gərək digər qurbanlar kimi diqqət edilsin ki, heyvan eyibli olmasın. Bu məsələlərdə qurbanlığın şərtlərinə əməl edilsin.

Müstəhəbdir ki, əqiqə qurbanının başı kəsiləndən sonra digər sümükləri sındırılmasın, imkan daxilində sümüklər oynaqlardan ayrilsın.

Müstəhəbdir ki, bir budunu, yaxud dördə birini uşaqın azad olmasında vasitəçi olan qadına (qabilə) versinlər. Əğər uşaq qabiləsiz dünyaya gəlibsə anasına versinlər, o da istədiyi şəxsə verə bilər, qalanını isə mömünlər arasında bölüşdürsünlər.