“Təkbrətulehram” zamanı əlləri qaldırmaq vacibdir?


Digərləri 01 Yan 2019 22:55:00 285 0

“Təkbrətulehram” zamanı əlləri qaldırmaq vacibdir?

Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə "təkbirətul-ehram" deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.

Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir.

Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir.

Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi?

Cavab:

Ayətullah İmam Xomeyni:

Müstəhəbdir ki, birinci təkbir və namaz əsnasında olan təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.

Ayətullah Xameneyi:

Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir.