Öz işlərinizdə bu cür insanlarla məşvərət etməyin


Digərləri 01 Yan 2019 21:55:00 238 0

Öz işlərinizdə bu cür insanlarla məşvərət etməyin

Məşvərət və məsləhət insan həyatı üçün diqqət olunası işlərdəndir. İnsanın mühüm və həyat əhəmiyyətli işlərində digərləri ilə məsləhət və məşvərət etməsində fayda vardır. Çünki insan nə qədər dünya işlərinə agah və səriştəli olsa da hər zamən qarşısına müxtəlif, yeni məzmunlu işlər çıxır. Belə hallarda təcrübəli insanlarla məşvərət etməkdə fayda vardır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, hətta Allah Rəsulu (s) müəyyən dünya işlərində öz səhabələri ilə məşvərət edərdi. Onların rəylərinə qulaq asar, dinləyər, faydalı olanına göstəriş verərdi. Bu cür olmaq hətta Qurani Kərimin bizə tövsiyəsidir:

(Ya Rəsulum) işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (Ali-İmran-159).

Məlum məsələdir ki, hər kəslə məşvərət edilməz. Məşvərət edilən kəs həm əqli baxımdan, həm mənəvi, həm də təcrübə baxımdan bu işə uyğun olmalıdır. Hz. Əli (ə) məşvərət zamanı bu 3 dəstədən uzaq olmağı tövsiyə edir:

"Paxılı öz məşvərətinizə daxil etməyin. O səni yaxşılıqlardan çəkindirər. Səni fəqirliklə qorxudar.