Goranboyda avtomobil piyadanı vuraraq


Digərləri 01 Yan 2019 21:31:00 222 0

Goranboyda avtomobil piyadanı vuraraq

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.

Yolun qarşı tərəfinə keçmək istəyən 1962-ci il təvəllüdlü Ziyad Mehdiyevi avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir müddət əvvəl də Goranboy rayonunda avtomobil piyadanı vurub.