Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan


Digərləri 01 Yan 2019 21:35:00 249 0

Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan

Üç ayların özlərinə məxsus bir dadı var ki, onları ilin digər aylarından fərqləndirir. Bu aylarda könül dünyalarına yönələn insanlar, iman və duyğularla əbədi ömür sürəcəkləri cənnətlərə çatmış kimi olurlar. Onlar üçün bu aylardakı günlər, gecələr, hətta saatlar və dəqiqələr də sanki bir başqa sehrlə gəlib-keçir.

Məlum olduğu kimi qəməri ayların müqəddəs sayılan üç ayları bunlardır: Rəcəb, Şaban və Ramazan. Bu üç ayları digər aylardan fərqləndirən səbəb budur ki, Rəcəb ayının əvvəlində Hz.Məhəmmədə (s) Peyğəmbərlik vəhyi gəlməyə başladı, Şaban ayında vəhy davam etdi və Ramazan ayının əvvəlindən etibarən Qurani-Kərim ayələri Peyğəmbərimizə nazil oldu.

Üç ayların başlanğıcı Rəcəb ayıdır. Onun gəlməsi ilə ruhlar aləmlərin Rəbbinə qarşı dua, niyaz, həmd edir.

İmam Kazimdən (ə) də belə nəql olunur: "Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar." O həzrət başqa bir hədisdə buyurur: "Rəcəb - cənnətdə süddən ağ və baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq həmin bulaqdan dadacaq."

İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: "Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah bağışlayan və mehribandır. Bu aya "Əsəbb" də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət

Son.az faktxeber.com-a istinadən bildirir ki, şaban ayı müqəddəs üç ayların ikincisidir. "Şaban" sözü, şəabə kökündən törəmə sözdür. Xatırlatdığı mənalar, "şöbə, yol, təriqət, fərqlilik və müxtəlif xeyir əməllər" mənasına da gəlir. Hz.Əlidən (ə) Şaban ayının xeyirləri barədə soruşduqda belə buyurub: "Allahu-Təala Şaban ayında Cənnətin qapılarını yaxşı qullarına sonuna qədər açar və onları ən gözəl nemətlərlə mükafatlandırar." "Bu mükafatları necə əldə edə bilərik", - deyə soruşanlara isə belə cavab verib: "Şaban ayına məxsus müxtəlif əməllər ilə - namaz qılmaq, zəkat vermək, yaxşılığa dəvət edib pislikdən çəkinmək və çəkindirmək, valideynləri qiymətləndirmək, qohumlara, qonşulara və yoxsullara kömək etməkdir."