2018ci ilin əsas elmi nailiyyətləri açıqlandı


Dünya 01 Yan 2019 21:39:00 265 0

2018ci ilin əsas elmi nailiyyətləri açıqlandı

2018-ci ilin 10 əsas elmi nailiyyəti elektronika, kimya, tibb, biologiya, fizika, robot və süni intellekt sahələrində əldə edilib.

Son.az oxu.az-a istinadən ötən ilin əsas elmi nailiyyətlərini təqdim edir:

Ostin Texas Universiteti ilə Pekin Universitetinin tədqiqatçılarının birlikdə hazırladıqları atom qalınlıqda yaddaş kartı 2018-ci ilin ən təsirli nailiyyətləri arasında yer alıb. Cihaza atomister adı verilib.

ABŞ-ın Corc Vaşinqton Universitetinin Kimya mühəndisliyi fakültəsində dosent Kole Deforest dərmanları sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrinə çatdıran biomaterial hazırlayıb. Alim bildirib ki, dərman vasitəsi proqramlaşdırılıb.

Qalveston Texas Universitetində tibb professor Coan Elizabet Nikols bildirib ki, laboratoriyada yaradılan ağciyəri donuza nəql etməklə onun yaşamasına nail olublar. Süni ağciyərdə iki həftə içərisində qan damarları yaranmağa başlayıb.

Queensland Uviversitetinin kimya və molekulyar biologiya fakültəsinin alimi Elizabet Gillam dərman sənayesində istifadə edilən kimyəvilərin 450 min illik enzimlərlə çox ucuz qiymətə başa gələ biləcəyini açıqlayıb. Qədim enzimlərin gen düzümünü əldə etdiklərini bildirən alim eyni geni yaradıb bir bakteriyaya yerləşdirdiklərini bəyan edib.

Yaponiyada Milli Yüksək Elm və Texnologiya Qurumu insan kimi tamamilə müstəqil hərəkət edən və ağır işlər görə bilən "HRP-5P" robotunu təqdim edib. Robot 12 kiloqramlıq gips panelləri bazadan götürərək inşaat divarına bağlamağa nail olub.